İqbal Məmmədov -Fotolarda

0

 

Bu gün Azərbaycan Respublikasının Milli Məclisin deputatı İqbal Məmmədovun doğum günüdür. XALQ.AZ xəbər verir ki, millət vəkili 53 yaşını qeyd edir. 

Məmmədov İqbal Nəriman oğlu 1965-ci ildə Lerik rayonunun Rəzgov  kəndində ziyalı ailəsində anadan olub.

1982-ci ildə Azərbaycan Respublikası Xalq Təsərrüfatı İnstitutunun Mühasibat Uçotu və təsərrüfat fəaliyyətinin təhlili fakültəsinə qəbul olub və 1988-ci ildə təhsilini başa vurub.

Elə həmin ildə Azərbaycan neft sənayesində gənc mütəxəssis kimi əmək fəaliyyətinə başlayıb. Onun əmək fəaliyyəti Neft Daşları, Nəriman Nərimanov və Qum adası neft-qaz çıxarma idarələrində operatorluqdan rəis müavini kimi yüksək bir pilləni əhatə edir.

1996-cı ildə nəinki Azərbaycanda, bütövlükdə Xəzəryanı ölkələrdə analoqu olmayan “Kaspi-Yıldız” Azərbaycan-Türkiyə müştərək istehsal müəssisənin İdarə Heyətinin sədri seçilən İqbal Məmmədov az sonra baş direktor vəzifəsinə irəli çəkilib.

Sahibkarlıq fəaliyyəti ilə Azərbaycan iqtisadi sahəsinə verdiyi töhfələrə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  Sərəncamı ilə 11 fevral 2005-ci il tarixində “Tərəqqi” medalı ilə təltif edilib.

2010-cu ilin noyabrında IV çağırış Milli Məclisə keçirilən seçkilərdə 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilib.2015-cu ilin noyabrında V çağırış Milli Məclisə keçirilən seçkilərdə  yenidən 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilib. Qeyd edək ki, millət vəkili İqbal Məmmədova bölgədə böyük hörmət bəsləyirlər. Seçiçiləri ilə daima görüşən və onların problemləri ilə daima maraqlanan deputat  hər zaman rayonda yaranan çatızmamzlıqları Milli Məclis tribunasında dəfələrlə səsləndirərək qısa müddətədə həll olunmasına nail olur. Bundan başqa bir sıra beynəlxalq tədbirlərdə ölkəmizin mövqeyini və Dağlıq Qarabağ problemini gündəmə gətirib.

33 34 35 36 37 38 39 40 41 42 44 45 48 49 50 51

 

 

Scroll to top