Jurnalistlər üçün tikilən binadan yeni xəbər

 

vuqar

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin mükafatlandırılması mərasimi keçirilib.

XALQ.AZ xəbər verir ki, KİVDF-in icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, 2017-ci ildə 255 jurnalist mənzillə təmin edilib və yeni binanın təməli qoyulub. Yaxın 3 ildə həmin bina da jurnalistlərin istifadəsinə veriləcək.

Bugünkü müsabiqə  66 Kütləvi İnformasiya Vasitəsi iştirak edib və müsabiqəyə 153 yazı daxil olub. Ümumilikdə, 16 istiqamət üzrə 96 yazı qalib elan olunub.

Scroll to top