Qərar verildi -Saakaşviliyə 3 illik həbs cəzası

saaka

 

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili barədə 3 il müddətinə həbs qərarı qəbul edib.

XALQ.AZ  Minval.İnfo-ya istinadən xəbər verir ki, o, bankir Sandro Qirqvlianinin qətlində günahlandırılan şəxslərin qanunsuz olaraq azadlığa buraxılmasında təqsirli bilinib.

2006-cı ildə Gürcüstanın Daxili İşlər Nazirliyinin dörd yüksək rütbəli əməkdaşı Tiflis yaxınlığındakı restoranlardan birində münaqişədən sonra öldürülüb. Prokurorluq iddia edir ki, Saakaşvili istintaqın saxtalaşdırılmasına öz töhfəsini verib, sonra isə qətlləri qanunsuz olaraq əvvəlcədən əfv edib.

Saakaşvili Cinayət Məcəlləsinin səlahiyyətdən sui-istifadə maddəsi üzrə ittiham olunub və qiyabi olaraq mühakimə edilib.

Ona qarşı ittihamlar bununla bitmir. O, 2005-ci ildə müxalifət partiyasının millət vəkili Valeri Gelaşvilinin şiddətli bir şəkildə döyülməsinə görə də təqsirli bilinir. Buna görə Gürcüstanın sabiq prezidentini 9 il həbs gözləyir.

Digər ittihamda isə deyilir ki, 2007-ci il noyabrın 7-də, müxalifətin Tiflisdə çıxışları təzyiqlərə, amansız davranışlara məruz qalıb. Həmçinin “İmedi” telekanalına edilən basqılara görə də, Saakaşvili ittiham edilir. Bu, keçmiş prezidentə beş ildən səkkiz il müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsi deməkdir.

Digər ittiham isə büdcə xərcləri ilə bağlıdır. İttihamda deyilir ki, 1 milyon 837 min 461 lari kosmetika, masaj, arıqlama kursları, bahalı paltar və hədiyyələr, tətil, lüks avtomobil, gəmi, vertolyot alınmasına xərcləyib. Bu maddə ilə təqsirləndirilən şəxs yeddi ilə on bir il müddətinə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Scroll to top