Yol polisinin idmançıları cərimələdi-Video

 

 

Bakıda Dövlət Yol Polisinin əməkdaşları peşəkar velosipedçiləri saxlayaraq onları cərimə meydançasına aparıb.

 

XALQ.AZ  xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev məlumat yayıb.

 

O bildirib ki, velosiped idmanının şosse növü üzrə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandasının, həmçinin “Synergy Baku” kontinental klubunun üzvləri bu gün səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində məşq edərkən Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və onları müşaiyət edən avtomobil də daxil olmaqla velosipedçilərin hamısı Qala qəsəbəsində yerləşən 12 saylı cərimə meydançasına aparılıb.

 

“Məşq prosesləri zamanı velosipedçilər və məşqçilər tərəfindən təhlükəsizlik qaydalarına hər zaman tam riayət olunur və mütləq şəkildə idmançıları federasiyanın avtomobilləri müşaiyət edir. Bundan başqa, qrup şəklində məşqə çıxan velosipedçilər hər zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun bütün tələblərinə riayət edirlər. Artıq bir neçə ildir ki, velosipedçilərimiz məşq prosesini məhz bu cür keçirlər və onların kütləvi şəkildə YPX tərəfindən cərimə meydançasına aparılması ilk dəfədir ki baş verir. Bilmirsən güləsən, yoxsa ağlayasan?”, - deyə Pərviz Musayev qeyd edib.

Scroll to top